Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Daha bir qaziyə vəzifə verildi - Foto

Baxılıb: 741     Tarix: 12-07-2021 13:41   

Vətən müharibəsinin iştirakçısı, qazi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Saatlı” stansiyasında mühəndis vəzifəsində çalışan Sadiq Qabil oğlu Haxiyev mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tərəfindən vəzifəyə təyin edilib.
Qanunvehedef.az xəbər verir ki, RSXM-nin baş direktorunun əmri ilə Sadiq Haxiyev mərkəzin “Saatlı” stansiyasının müdiri təyin edilib.
Qeyd edək ki, Vətən müharibəsində iştirak edən, baş leytenant Sadiq Haxiyev Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad edilməsi zamanı yanında minomyot partlaması nəticəsində iki gün danışıq və eşitmə qabiliyyətini itirsə də, döyüşlərə davam edərək, Şuşanın azad olunması da daxil olmaqla Vətən müharibəsində şərəfli döyüş yolu keçib.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Hərbi rütbəsi artırılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar