Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıya axın başladı: Avtovağzallarda vəziyyət... - Video

Baxılıb: 305     Tarix: 22-07-2021 10:26   
Qurban bayramını bölgələrdə yaşayan yaxınları ilə qeyd etmək üçün rayonlara üz tutan sərnişinlər artıq paytaxta qayıtmağa başlayıblar. Bu səbəbdən rayonlardakı şəhərlərarası avtovağzallar gücləndirilmiş iş rejimində çalışır. Bəs bayramı fürsət bilən şəhərlərarası fəaliyyət göstərən taksi qiymətləri hansı səviyyədədir?
Qanunvehedef.az xəbər verir ki, Qurban bayramı günlərində Bakıdan Lənkərana gələn sərnişinlərin sayında artım müşahidə olunub.
Lənkəran avtovağzalından verilən məlumata görə, bayram günlərində rayona gələn və gedən sərnişinlərin sayı adi günlərdən ikiqat çox olub. Bu artım nəzərə alınaraq, xətlərə əlavə avtobuslar buraxılıb. Qiymətlərə gəlincə isə avtovağzal rəsmisi süni qiymət artımına ciddi nəzarət edildiyini, gediş haqlarının Tarif Şurasının müəyyən etdiyi qaydalara uyğun həyata keçirildiyini bildirib.
Paytaxta üz tutanlar avtobuslarla bərabər taksilərdən də istifadə edirlər. Sürücülərin sözlərinə görə, bayram günlərində qiymətlər əvvəlki günlərlə eyni səviyyədə qalıb.
Gəncədən paytaxta sərnişin daşıyan avtobus və mikroavtobuslar öz qrafikləri üzrə hərəkət edirlər. Bayram tətilinin son günləri olmasına baxmayaraq, Gəncə avtovağzalında nəzərəçarpacaq sıxlıq müşahidə olunmur. Bakı istiqamətinə yola düşən iri və orta tutumlu avtobusların sərnişin yükü adi günlərdəkindən fərqlənmir. Biletlərin qiymətində də dəyişiklik yoxdur.
Taksilərlə bağlı vəziyyət də eynidir. Bakıya taksiylə getmək istəyənlər üçün yol xərcləri adi günlərdəkindən fərqlənmir.
Bayram günlərində Şəkidən digər rayonlara gedən sərnişinlərin sayında ciddi artım olmasa da, Bakı istiqamətində sərnişindaşımada intensivlik artıb.
Bayram günlərində paytaxta, ətraf rayon və şəhərlərə sərnişin daşıyan taksilər də bu günlərdə qiymət artırmadıqlarını bildiriblər.
Avtovağzallardan onu da bildirdilər ki, bu bayram sıxlığın yaşanmamasına səbəb sərnişinlər arasında tələbə kontingentinin olmamasıdır. Eyni zamanda artıq gecə reyslərinin istifadəyə verilməsi də gündüz olan sərnişin yükünü azaltmağa kömək edib.
шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar