Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Oqtay Gülalıyevin səhhəti pisləşdi

Baxılıb: 344     Tarix: 06-08-2021 12:06   
Atam hazırda M.Topçubaşov adına xəstəxanadadır. Bura gətirilən zaman vəziyyəti çox kritik idi. Hazırda az da olsa, yaxşıya doğru səhhətində yenilənmə olub.
Bu sözləri Qanunvehedef.az-a hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev deyib.
“Səhhətinin yaxşılaşması deyərkən, yəni təzyiqi bir az normallaşıb. Hərarəti və sudurğası hələ də var. Özəl xəstəxana olaraq “Bona Dea” və Türkiyədəki həkimlər məsləhət görülür. Yaxşı olardı ki, atam ilk növbədə düzgün müayinə olunsun. Sonra lazımi tədbirlər görülsün. Dünəndən indiyə qədər heç bir müayinə olunmayıb”, - T.Gülalıyev qeyd edib.
Qeyd edək ki, ötən gün Oqtay Gülalıyevin qastrostomiya borusunun dəyişdirilməsindən sonra vəziyyəti kəskin şəkildə pisləşib və Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Onun müalicəsi TƏBİB-in nəzarəti altındadır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar