Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ANAMA vətəndaşları çağırış etdi

Baxılıb: 404     Tarix: 06-08-2021 12:08   
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşları işğaldan azad edilmiş ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırıb.
Agentlikdən Qanunvehedef.az-a verilən məlumatda qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq.
Qeyd edək ki, bu gün ANAMA-nın əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə, Əliyev Fərid Əlimusa oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində ciddi bədən xəsarətləri almayıb. Hazırda tibbi müayindən keçirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar