Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əlillərə verilən maşınlar niyə nömrəsiz sürülür?

Baxılıb: 337     Tarix: 11-08-2021 11:58   
Son günlər ölkədə nömrəsiz maşın sürənlərin sayı artıb. Sosial şəbəkələrdə bununla bağlı bir çox görüntülər paylaşılır. Bildirilir ki, nömrəsiz maşın idarə edənlər sürət həddini aşıraraq, təhlükə yaradırlar.
Qanunvehedef.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Arzu Kürsüm Babazadə əlillər və şəhid ailələrinin onlara verilən addan istifadə edib qaydaları pozmamalı olduğunu bildirib.
“Onlar cəmiyyət üçün ən lazımlı adamlardır. Amma qanun və qaydaların icrası vacib faktordur. Qanunları heç kim pozmamalıdır. Müharibənin od-alovundan çıxıb, qəzada ölmək də yaxşı bir şey deyil. Çünki bir dəfə qanunu pozan, hər cürə avtomobillə hərəkət edən, sonda avtoqəza törədir. Bu isə başqa insanların həyatına bilərəkdən müdaxilədir. Bununla bağlı nəzarət mexanizmi güclənməlidir. Qanunu pozan qaziyə də, əlilə də polis güzəşt etməməlidir. Edilən güzəştlər sonradan geniş miqyas alır”.
Ekspert hesab edir ki, bu hallara Bakıda rast gəlinir və belə sürücülər polislər tərəfindən bağışlanılır:
“Qazi, şəhid ailəsi nömrəsiz maşın sürür. Polis müdaxilə edən zaman öz adından xahiş edir. Çox vaxt polislər də onları bağışlayır, cərimə yazmırlar. Artıq bu kimi hallar bütün cəmiyyətə səs salıb ki, bəli, onları polis heç bir zaman cərimələməyəcək. Adi insanlar da bunu eşitdikləri zaman, onu saxlayan polisə əlil, qazi olduğunu deyib, canını qurtarır. Ümumiyyətlə, bu riskli və bağışlanmayan məsələlərdir”шаблоны для dle 11.2