Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Nazir meşə qalmaqalına görə direktoru işdən çıxardı

Baxılıb: 343     Tarix: 13-08-2021 11:01   
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Fizuli Məmmədov vəzifəsindən azad edilib.
Qanunvehedef.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə ekologiya və təbii Sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.
Muxtar Babayevin digər əmri ilə nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşı Cəlair Zöhrab oğlu Səmədov Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor əvəzi təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Lənkəran rayonunun Haftoni ərazisində "Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi böyük səs-küyə səbəb olub. "Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar