Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Qadın ögəy övladlarını döydü: cinayət işi açıldı

Baxılıb: 343     Tarix: 18-08-2021 11:55   
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ağstafa şəhəri ərazisində 2 azyaşlı uşağa qarşı zorakı hərəkətlər edilməsi barədə məlumatlar yayılıb.
Bu barədə Qanunvehedef.az-a Ağstafa Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Gəncə şəhər sakini Zəminə Valeh qızı Həsənova nəvələrinin zorakılığa məruz qalmasına dair müraciəti əsasında Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma ilə Səadət Həmid qızı Mehralıyevanın müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarına mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağstafa Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar