Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Avtobuslarda dezinfeksiya məhlulu yoxa çıxıb – Açıqlama

Baxılıb: 229     Tarix: 27-08-2021 11:18   
Avtobuslarda dezinfeksiya məhlulu yoxa çıxıb, sürücülərin isə bəziləri maska taxmır. Xüsusən, kondisionersiz işləyən 26, 67, 33 nömrəli avtobuslarda bu hal daha çox müşahidə olunur.
Məsələ ilə bağlı Qanunvehedef.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobuslar daşıyıcı şirkətlərə aiddir:
“BNA tənzimləyici qurumdur. Avtobuslar və sürücülər daşıyıcı şirkətlərə aiddir. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qabaqlayıcı tədbirlər görülür. Bunlardan biri də avtobuslardakı sərnişinlərin tez-tez əllərini dezinfeksiya etməsi üçün xüsusi məhlullarla dolu qabların olmasıdır. Mütəmadi olaraq avtobuslarda monitorinqlər aparılır. Hər hansı bir avtobusda bununla bağlı çatışmazlıq olanda daşıyıcı qarşısında məsələ qaldırılır. Məsələn, ötən həftə müxtəlif marşrutlar üzrə 20-ə yaxın avtobusda belə hal müşahidə edilib. Müvafiq olaraq daşıyıcılar Agentliyə çağırılaraq onlara xəbərdarlıq edilib. Dezinfeksiya məsələsinə gəlincə, bildirim ki, pandemiyanın ilk vaxtlarından bu günədək bu iş davamlı olaraq aparılır. Hər bir daşıyıcı şirkət bu məsələdə məsuliyyət daşıyır. Hər gün avtobuslar xətdən qayıtdıqdan sonra mütləq qaydada dezinfeksiya olunmalıdır”.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar