Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Daha 5 qazimiz Türkiyəyə göndərildi

Baxılıb: 339     Tarix: 09-09-2021 11:48   
Ağır yaralanan daha 5 qazimiz YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.
Qanunvehedef.az xəbər verir ki, Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Türkiyəyə göndərilən qazilərimiz aşağıdakılardır:
1. İdrisov Ərşad Rafiq oğlu
2. Misirzadə Rahib Mübariz oğlu
3. Əmənli Nurlan Şirzad oğlu
4. Səmədov Ceyhun Eldar oğlu
5. Əzizli Səddam Nazim oğlu



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar