Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Məhkəmə Eldar Həsənovla bağlı vəsatəti qəbul etdi

Baxılıb: 221     Tarix: 09-09-2021 14:13   
Bu gün Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəməsi keçiriləcək.
Qanunvehedef.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutacaq.

Məhkəmə Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda əyləşməsi ilə bağlı vəkilin qaldırdığı vəsatəti təmin edib.
Bunu Eldar Həsənovun vəkili Adəm Məmmədov deyib.
“Sabiq baş prokuror və səfir Eldar Həsənov vəsatətimizə əsasən şüşə qəfəsdən çıxarılaraq zalda əyləşdirildi”, - vəkil bildirib.
Vəkillər Eldar Həsənovun səhhətində problemlər olduğunu bildiriblər. Müdafiəçilər bu əsasla onun ev dustaqlığına buraxılaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəsatət veriblər. Vəkillərin digər vəsatəti isə prosesin qapalı keçirilməsi ilə bağlı olub.
Məhkəmə vəsatətləri təmin etməyib.
Eldar Həsənov bildirib ki, məhkəməyə ağrılarla gəlir: “Bu günədək Azərbaycanda səfir həbs olunmayıb. Əgər sağ qalsam, mübarizəmi sona qədər aparacağam. Əgər ölsəm, nəslimdə 61 hüquqşünas var. Ən azı onlardan biri mənim hüquqlarımı müdafiə edəcək. Bunu vəsiyyətimə də yazmışam.
Mənim məhkəmədə verəcəyim ifadə Azərbaycanın dövlətlərarası münasibətlərinə mənfi təsir edə bilər. Ona görə xahiş edirəm ki, proses qapalı keçirilsin”.
Qeyd edək ki, Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər