Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Gorus-Qafan yolunda yeni lövhə: "Azərbaycana daxil olursunuz" – FOTO

Baxılıb: 637     Tarix: 14-09-2021 10:55   

Gorus-Qafan yolunun Zeyvə-Şurnux yaşayış məntəqələri arasında yerləşən hissəsində Azərbaycan yeni lövhə quraşdırıb.
Oxu.Az-ın xəbərinə görə, Ermənistan KİV-ləri yazır ki, lövhədə üç dildə - Azərbaycan, rus və ingilis dillərində - "Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz" sözləri yazılıb.
Ermənistanda isterik vəziyyət getdikcə alovlanır, ölkə müharibədəki məğlubiyyətdən sonra dərin intellektual böhran da keçirir.
Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçməsi, İranla Ermənistanın quru əlaqəsində marşrutların hərəkətinə Azərbaycanın nəzarəti İrəvanda təşvişi dərinləşdirir.
Azərbaycanın Gorus-Qafan yolunda polis postu quraşdırması, İrandan gələn avtomobillərinyoxlanılması və onların sürücülərindən gömrük rüsumunun alınmasından sonra yeni lövhə quraşdırılması da Ermənistanı seçim arasında qoyur: Ya sülh sazişinə razı olmalısan, ya da öz məhvini sürətləndirəcəksən.
Bunlar hələ Azərbaycanın müstəsna hüququnun yumşaq gücləridir. Yəni, daha çox psixoloji təzyiq kimi dəyərləndirilə bilər.


Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar