Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Bu ərazilərə sulu qar yağacaq

Baxılıb: 314     Tarix: 24-09-2021 14:20   
Bakıda və Abşeron yarımadasında sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var, gündüz tədricən kəsiləcək.
Sentyabrın 26-sı səhər şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycan rayonlarında sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.
Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25 m/s, Kürvadisi rayonlarında arabir 30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.



{sape_links}{sape_article}