Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ata Abdullayevin şantaj etdiyi şəxslər...

Baxılıb: 363     Tarix: 28-09-2021 11:09   
Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində özünü bloger kimi təqdim edən Ata Abdullayevin mühakiməsi başlayacaq. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevin işi üzrə istintaq başa çatıb və cinayət işinin materialları məhkəməyə göndərilib.
Qanunvehedef.az Bakipost.az-a istinadən xəbər verir ki, Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.
Bu cinayət işi üzrə dörd nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğludur. Ata Abdullayevin bu şəxsləri şantaj edib, onlardan pul tələb etdiyi bildirilir.
Zərərçəkmişlərdən Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir.
Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.
Ata Abdullayev bu ilin martında həbs olunub. O, bundan əvvəl də oğurluğa görə məhkum edilib. Həmin vaxt da o, MTN əməkdaşları tərəfindən həbs olunmuşdu



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar