Xəbər lenti
24/01/2025 [13:33]
Sabah hava necə olacaq?
24/01/2025 [12:29]
Ayşe Barım saxlanıldı
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bloqer Saməddin Məmmədov niyə həbs edilib? - DİN-dən açıqlama

Baxılıb: 279     Tarix: 31-10-2021 13:56   
 
Sosial şəbəkələrdə Vətən Müharibəsi iştirakçısı Nahid Məmmədov atası Saməddin Məmmədovun saxlanıldığını, ondan xəbər ala bilmədiklərini deyib. O iddia edib ki, atası bloqer fəaliyyətinə və siyasi baxışına görə tutulub. N.Məmmədov onu da əlavə edib ki, özü də Cəlilabad Rayon Polis Şöbəsində zorakılığa məruz qalıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bununla bağlı   “Qafqazinfo”nun sorğusunu cavablandırıb.
“Sosial şəbəkələrdəki bəzi səhifələrdə Cəlilabad rayon sakini, özünü bloqer kimi kimi təqdim edən Saməddin Məmmədovun qərəzli səbəblərdən həbs edilməsi ilə bağlı uydurma iddialar paylaşılıb. Bu iddiaların heç bir əsası yoxdur.
Belə ki, S.Məmmədov, oğlu N.Məmmədov və bacısı oğlu E.Məmmədovla birlikdə sentyabrın 27-də Cəlilabad rayonundakı Şəhidlər Xiyabanının qarşısında rayon sakini E.Cəfərova qarşı heç bir əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri törədiblər, S.Məmmədov isə bu zaman E.Cəfərovu vuraraq ona bədən xəsarəti yetirib”, - DİN rəsmisi qeyd edib.
O vurğulayıb ki, faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi başlanılıb:
“S.Məmmədov barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Oktyabrın 30-da isə S.Məmmədovun şəxsi əşyalarını və idarə etdiyi nəqliyyat vasitəsini təhvil almaqdan ötrü oğlu N.Məmmədov və anası Cəlilabad Rayon Polis Şöbəsinə gəliblər. Bu zaman şöbə rəhbərliyi tərəfindən qəbul ediliblər və onları maraqlandıran suallar barədə məlumat verilib. N.Məmmədova qarşı heç bir fiziki güc və ya zor tətbiq edilməyib. İddialar əsassızdır və həqiqəti əks etdirmir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar