Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

POYEZİYA

Baxılıb: 879     Tarix: 04-11-2021 14:44   

Saatlı rayonu Moladay kəndinin Şəhidi Nəciyev Xalid Qalib oğlunun ruhuna həsr edirəm.

ŞƏHİDİM XALİD!

Elimin, obamın qəhrəman oğlu,
Şəhid adınla tarix yazdın sən.
Barmağa taxdığın nişan üzüklə...
Tutduğun o əl ki, silahın oldu!
 
Laçın torpağına can qurban verib
Düşmənin bağrını yaran Xalidim!
Ananı, atanı övladsız qoyub,
Vətəni ana - ata bilən Xalidim!
 
Vətən oğlu, qalx ayağa anan gəlir,
Beşiyin başında lay-lay deyənin,
Saçını yolaraq haray çəkərək,
Məzarının başında ağı deyənin!
 
Baş əymədiz nə zülmə, nə zillətə...
Ruh verdiniz ruhunuzla millətə.
Qurban olum o səndəki qeyrətə,
Adın tarixlərə yazan Xalidim!
 
Bir müəllim təki şagird yetirən,
"Vətən anadır" sözün hər zaman deyən,
Vətənin uğrunda canından keçən...
Üç rəngli bayrağda uyan şəhidim!
 
Mən kiməm, mən sənə tərif yazım ki,
Səni tərif edir Ağam Hüseynim!
Ay mənim o məğrur duran şəhidim!
Bizdən salam söylə Ağam Hüseynə!
                          MƏMMƏDOVA  TÜRKAN İMAMƏLİ QIZI



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar