Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ASLAN ŞİRƏLİOĞLU - 60

Baxılıb: 990     Tarix: 15-11-2021 11:30   
            
Əmikişiyev Aslan Şirəli oğlu 15 noyabr 1961-ci ildə Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. 1969-1979-cu illərdə orta məktəbdə oxuyub. 1979-1984-cü illərdə Çingiz İldırım adına Azərbaycan Universitetinin (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti-red.) Mexanika fakültəsində ali təhsil alıb. Rayonda kənd təsərrüfatı sektorunda və dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışıb. Hazırda Rusiya Federasiyasının İjevsk şəhərində yaşayır.

“Başını dik qaldır, Vətən çağırır” adlı kitabın müəllifidir. Daha bir kitabını nəşrə hazırlayır. “Qızıl Qələm”, “Abdulla Şaiq”, “XXI əsrin ziyalısı”,
"ZİRVƏ", “İlin vətənpərvər şairi” ədəbi mükafatlarının laureatıdır.


Aslan müəllimi 60 illik yubileyi münasibətilə qələm dostları Kamal Fərhadoğlu, Cümşüd Əli, Göylər Cəbrayıl, Rəşid Fəqan,Sahib Camal, Tamella Şuşalı təbrik edir, ona uzun ömür, can sağlığı, yaradıcılığında uğurlar arzulayırlar.
Bu təbrikə “Qanun və Hədəf” qəzetinin kollektivi də qoşulur.

Məndən uzaqda

Gözlərimdən necə qızın baxışı,
Od götürüb... odu məndən uzaqda!
Ürəyimi viran qoymuş gözəl də
Ev-eşikdir, odu, məndən uzaqda!

Boy-buxunumu, ərk-ədamı öyən qız!
Vücüdumu nəzəriylə yeyən qız.
Sənsiz mənə həyat yoxdur, deyən qız,
Xoşbəxt edib yandı məndən uzaqlarda!

Nadan dərdi bəhrəsini budağın,
Ahlar qopdu ağrısından bu dağın.
Mənim öpməyə qıymadığım dodağın,
Ağız büzür dadı məndən uzaqda!

Hoqqasına: - mat qalmışam fələyin
Ürəyimdə düyünləndi kələyin.
Mən Leyli tək tanıdığım mələyin,
Anacaqdır... adı məndən uzaqda!

Zülüm-zillət icindəyəm mən düzü,
Aslan gəlmir bu zillətin gündüzü.
Mənimlədir ömürün-günün bəd üzü,
İtgin düşüb şadı məndən uzaqda!


SÖKƏN OLSA

Arzuları dünya tutmaz,
Ürəkləri sökən olsa!
Bələk kimi göylər çatmaz,
Duyğuları bükən olsa!

Zay mağardı bu dünya, zay:-
Gəlişi vay, gedişi vay.
Nəfs odunu söndürməz çay,
Onu çaya tökən olsa!

Qurd yuvası qurd üçündür,
El qayğısı mərd üçündür.
Qəlb dünyamız dərd üçündür,
Könül verib, çəkən olsa!

Ana eşqi pak nigahdı,
Ata haqqdı! Bu agahdı.
Onlar yönsüz Qibləgahdı,
Qibləm... deyib, çökən olsa!

Aslan, ürək çənli yazdı,
Amma, vicdan saf saf almazdı.
İnan, bağban tapılmazdı:-
Kişiliyi əkən olsa!
 
Vermərəm
 
Vətən! Səni ürəyimə qoymuşam,
Bir çöpünü min bir zərə, vermərəm!
Xəritəni gözlərimə döymüşəm,
Bəd göz baxsın bircə kərə, vermərəm!

Torpağını duyğum ilə bükmüşəm,
Hisslərimdən sərhədd-qala tikmişəm.
Amalımı gül əvəzi əkmişəm,
Bir gül üzə gəlib hərə, vermərəm!

Hər bədənin öz damarı, öz qanı,
Milyon-milyon gen yaşadır bir canı.
Amazonu, Nili, Donu, Volqanı,
Tay eyləyib "Dəli" Kürə, vermərəm!

Yüz bahardan mə'nalıdır bir xarın,
Cəvahirdən qiymətlidir ağ qarın.
Əvəzsizdir həm sərvətin, həm varın,
Bir qumunu min gövhərə, vermərəm!

Yox Aslanın sevgisinə qadağa,
Nəyi varsa bir daşına sadağa.
Özgəninsə:- yüz zirvəyə, yüz dağa,
Kol-kos bitməz bircə dərə, vermərəm!
 
Dil tapanmadım
 
Dil tapdım, danışdım küllü-aləmlə,
Amma, taleyimlə dil tapanmadım!
Çöp gəzən əl gördüm, ətək uzatdım,
Yıxıldım... yapışım, əl tapanmadım!

Neçə ki, gənc idim, ümidli yoldum,
Arzu dəniziydim:- boşaldım, doldum.
Eşqin atəşinə yanıb, kül oldum,
Başıma tökməyə kül tapanmadım!

Baxıb öz ağlıma şübhəylə nəsə,
İnandım insan tək hər yetən kəsə.
Gah qaçdım işığa, gah qaçdım səsə,
Haqqın dərgahına yol tapanmadım!

İçsin ellər deyə, kəhrizlər çəkdim,
Zəmilər becərdim, bağçalar əkdim.
Könüllər oxşayan saraylar tikdim,
Dərddən daldeylənim, kol tapanmadım!

Aslan, yaranış tək haqqdandır ölüm,
Həyatın libası zülümdür, zülüm.
Dedim:- ellər ilə bir deyib-gülüm,
Eh... dərdsiz-qadasız el tapanmadım!
 
Bir gül nədir ki?
 
Tək bircə bənövşə dər, göndər mənə,
Tək bircə bənövşə... bir gül nədir ki?!
Haqqdan divanədir aşiq çəmənə,
Ona tay tutulsun bülbül, nədir ki?!

Həyat tamsız olar açan solmasa,
Boşalan təzədən bir də dolmasa.
Tanrının məhəbbət əli olmasa,
Cücərib boy atsın sünbül, nədir ki?! ...

... Ay Aslan, bu qədər qəm etdin yetər,
Qorxuram ahından dünyamız itər.
Yanıb... soyumuşam mən ondan betər,
Həm də daşlaşmışam... eh, kül nədir ki?!
 

Dedilər
 
Haqq... deyib, dərviş tək dolandım el-el,
Tanrı da həsrətdir haqqa, dedilər!
Görən hardan gəlib bu axmaq-veyil,
Verin bu bədbəxtə "qaqqa", dedilər!

Qapazla qandırın belə dəlini,
Mənəvi əzabla qırın belini.
Tutun qollarını, kəsin dilini,
Yoxsa çıxardacaq hoqqa, dedilər!

Aslan qulluq etdi bir quru ada,
Nadanlar onu da verdilər bada.
Axtara bilməsin səmtini sada,
Keçirin boynuna toqqa, dedilər!

Təqdim etdi: 
Fərhad NƏHMƏTOĞLU,
"Qanun və Hədəf" qəzetinin hüquq şöbəsinin müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 

"Qızıl Qələm", "Azərbaycan Bayrağı", "Həsən bəy Zərdabi"
media mükafatları laureatı шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar