Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Sabirabadlılarda rəğbət və əminlik hissi doğuran yerli şirkətin 5 yaşı tamam oldu

Baxılıb: 605     Tarix: 24-06-2022 16:03   
 
İyun ayında Sabirabad rayonunda fəaliyyət göstərən “Əmin” bazarlar şəbəkəsinin 5 yaşı tamam olmuşdur.  Nüfuzlu iş adamı,
 Baş direktor Mənsimli Allahverdi Hacı Mənsim oğlunun rəhbərlik etdiyi bu şirkət rentabelli işəgötürən kimi yerli əhalinin məşğulluğunun təmininə, nümunəvi vergi ödəyicisi kimi dövlətimizin büdcəsinin zənginləşməsinə əhəmiyyətli töhfələr verir.


Bacarıqlı işlər müdiri Vəliyev Pərvin Vahid oğlunun idarəçiliyi altında “Əmin” marketlər şəbəkəsində 400 nəfər işçi çalışır.  Bayram və əlamətdar günlərdə, eləcə də fəsil dəyişdiyi ərəfələrdə müxtəlif ərzaq məhsullarına endirimlər tətbiq olunur. Daimi müştərilərə alış – veriş zamanı xüsusi endirim imkanı verən “Məxrəc” bonus kartları verilir.

Şirkət, satılan məhsullar haqqında məlumatları özünün veb-saytında və facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşır.
Yeri gəlmişkən qeyd edək ki, “Əmin Qida Sənaye” MMC şirkətinə aid olan “İlğım”, “Nuş”, “Milpak”, “Tala”  markaları altında təklif olunan məhsyullar çox bəyənilən ticarət brendləri kimi tanınır və şöhrəti demək olar ki, ölkəmizin hüdudlarını da aşır. Hətta xarici ölkələrdən də
“Əminlər”in məhsullarına maraq göstərən, keyfiyyətinə bələd olan turistlər Sabirabada gəlib şirkətin iş üslubu, istehsal prosesi ilə tanış olurlar. Məsələn, ötən ilin dekabr ayında İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamid Sabirabad rayonunda "Əminlər"in qonağı olub. Səfirə "İlğım"  markası ilə tanınan ədviyyatlar haqqında geniş məlumat verilib. Ədviyyatların və digər istehsal olunan qida məhsullarının tərkibi, istifadəsi barədə fikir mübadiləsi aparılıb. Səfir öz məmnuniyyətini və "Əminlər"in istehsal etdiyi məhsulların onda xoş təəssürat yaratdığını bildirib.

“Əmin” bazarlar şəbəkəsi Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə münasibətdə xüsusi diqqət və qayğı nümayiş etdirir. Bu kateqoriyadan olan xeyli insan şirkətdə işə qəbul olunub. Şirkət rəhbərliyi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynovla əlaqə quraraq, şəhid ailələri üzvlərinə, qazilərə mütəmadi maddi köməkliklər göstərir, onların sırasından aztəminatlı şəxslərin zəruri ehtiyaclarının ödənilməsini təmin edir, övladlarının kiçik və böyük toy məclislərinin təşkilinə yardım edir.

Dünya ərzaq bazarındakı təbəddülatlara baxmayaraq, sabirabadlılarda sabaha inam, hər şeyin yaxşı olacağına əminlik hissi doğuran “Əmin” şirkətinin rəhbərliyinə və çoxsaylı kollektivinə uğurlar arzulayırıq.
 
Əlifağa Məmmədov,
“Qanun və Hədəf” qəzetinin bölgə müxbiri, “Qızıl Qələm” media mükafatı laureatıшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar