Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Deputat Naftalanda yüksək bal toplayan tələbələrlə görüşdü - Fotolar

Baxılıb: 810     Tarix: 12-09-2022 11:14   

YAP-çı deputat Anar Məmmədov Naftalan şəhərində yüksək bal toplayan tələbələrlə görüşüb və onları mükafatlandırıb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, ağsaqqallar və ziyalılar iştirak edib.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyulub. Daha sonra yüksək bal toplayan tələbələrlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Anar Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb.
Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə fəxri fərmanlar və hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkdirilib.







Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar