Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Heydərabad" şəhərinin salınması sosial sifarişin tələbi, tarixi şəraitin göstəricisidir!

Baxılıb: 480     Tarix: 15-11-2022 14:00   
 
       Tarixi qan düşmənimiz erməni işğalçılar tərəfindən Azərbaycan torpaqlarının 20%-i uzun illər işğal altında qalsa da, rayonlarımız yer üzündən daşınsa da, çoxsaylı şəhidlərimiz ruhu vətən sevən insanların qəlbi daim narahat idi. İqtisadi inkişaf dövrü yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının, rəhbərliyin səbri tükəndi. Nəhayət, 2020-ci il 27 Sentyabr taixində Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və onun Şanlı Ordusu 44 gün müddətinə düşməni torpaqlarımızdan qovdu, Şəhidlərin qanı ilə, Qazilərin canı ilə ərazilərimizi azad etdi. Azərbaycan Ordusu dünya Hərb Tarixinə cəsarət və şücaəti ilə ad qoydu. Azərbaycan xalqının bu qələbəsini həzm edə bilməyən düşmənlərlə yanaşı dünyanın Super Gücləri də bu qələbənin nəticələrinə çox narahatdırlar...
      Bütün bu müsbət uğurların ideya müəllifinin tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin olduğunu adi vətəndaşdan ali vətandaşa qədər hər kəs bilir. Məhz bu səbəbdən Qarabağın Tacı Şuşa şəhərinin azad olunmasını Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev qarşısında hesabat kimi çıxış etdi...
      Xalqımız böyük uğurlara sevincinin əbədi və təhlükəsiz olması üçün Qarabağda Heydərabad şəhərinin salınması kimi gözəl ideyaları həmişə düşünüb...
     Bu ideyanın yaradıcısı “Qarabağda Heydərabad şəhəri” kitabçasının yazarı Milli İnkişaf İctimai Birliyinin sədri, İqtisad Elmləri üzrə Fəlsəfə doktoru Arzuman Muradlıdır. Milli İnkifaf İctimai Birliyinin 33 nəfərlik ziyalı, qazi tərkibli üzvləri cənab Prezident Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban Xanım Əliyevaya, Milli Məclisin Sədri Sahibə Qafarovaya kollektiv müraciət imzalayıb yola saldıq. Xahişimiz, arzumuz Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Fizuli rayonunun ərazisində Beynəlxalq Hava Limanının yaxınlığında Araz boyu cənnət diyarda Heydərabad şəhərinin salınması üçün müraciət olundu. Bu şəhərin salınmasının sosial çağırış olması, on minlərlə evsiz qalmış insanlara dövlət qayğısı, şəhid ailələrinə, qazilərə yaşayış yerlərinin ilk öncə olması mütləq tələbdir. İllər getdikcə şəhərin tikilib böyüdükcə lahiyənin əsas ideya xətti böyük ərazidə Hava Limanının yaxınlığında yerləşən yerdə yüksəklikdən uçaqlarla gələn turistlərin diqqətini çəkəcək dərəcədə gözəl görünən yerdə “Qarabağ Azərbaycandır!” şüarları daşıyan yaşayış binaları tikiləcəkdir...
      Heydərabad şəhəri Qarabağın ürəyi, Bakının dirəyi olacaq. Belə ki, müasir dünya standartlarına uyğun planla, təməllə tikilən şəhər gözəlliyi ilə, şəraiti ilə dünyanın diqqətini çəkəcəkdir. Qarabağın əsl sahibinin kim olduğunu quruculuqla, yaradıcılıqla, beynəlxalq əlaqələrlə, sivil qaydaların nümayişi ilə sübut edəcəyik. İllər sonra Heydərabad Bakı şəhərinin də yükünü azaldacaqdır. Heydərabad Qarabağın təhlükəsizliyinə təminat, beynəlxalq sülhə dayaq nöqtəsinə çevriləcəkdir.

Xanlar Abdulali, "Milli İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin üzvüшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar