Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ŞİRVANDAKI HAQLI ŞİKAYƏTƏ KİM SON QOYACAQ ? !

Baxılıb: 894     Tarix: 23-11-2022 13:46   
 
    Şirvan şəhərini sakini, ilk ekstrasens.Telman Atamoğlan oğlu Atamaliyev uzun müddətdir ki, problemlemlərini həll etmək üçün müxtəlif orqanlara şikayət etməkdə davam edir. Amma, onun haqlı şikayətinə baxan, problemlərinin həlli yolunu göstərin bir adam yoxdur. Ötür-ötür oyunu ilə hərə öz yaxasını kənara çəkir, ağrımayan başını ağrıtmaq istəmir, nəticədə isə bu imkansız və köməksiz insanın həlli müşkülə düşən şikayyətləri həll edilmədən davam edir.
   
 Telman Atamaliyevin 2002-ci ildən təsis etdiyi EV MUZEYİ VƏ  ACIQ HAVADA MUZEYİ VƏ TARİXİ ABİDƏLƏRİ barədə Ədliyyə Nazirliyinə, Mədəniyyət və Ekologiya Nazirliklərinə, Milli Elimlər Akademiyasına, Torpaq və Xəritəcəkmək Komitəsinə sənədlərlə birlikdə müraciətləri dəfələrlə daxil olmuşdur. Qanuna görə qeydiyyata alınanların hüquqları və səlahiyyətləri qadər onun da hüquqları və səlahiyyətləri vardır. Həmin Muzeylərin və Tarixi Abidələri Şirvan şəhər, Əli Bayramov (indiki S.Ə.Şirvani) küçəsi, dalan 8, ev № 3 və 1 may küçəsi (Nizami küçəsinə bitişik), ev № 1 ünvanda yerləşir. Açıq Havada Muzeylərin Florası, dekorativ və eqzotik varlıqlarının qorunması üçün və mühafizəçisi üçün kommunal ehtiyacları təmin olunmalıdır.
   
Telman Atamalıyev anası Həzrət Sonabəyim xanımın  adına təsis etdiyi Ev Muzeyi və Açıq Havada Muzeyi və Tarixi Abidələri məsuliyyətsiz və bəzi rüşvətxor məmurlarin, aidiyyati təşkilat rəhbərlərinin gunahı səbindən işğala məruz qalmış, dağılmış və talan edilmişdir. Tikililərin və kommunal xətlərin bərpası üçün aiddiyati qurumlara və digər instansiyalara  yazili və şifahi müraciətlər olsa da lazimi həllini tapmamisdir.
Respublika Prezidentinə və Birinci Vitse Prezidentinə, Baş Prokurora və Baş Prokurorluq  yanında Korrupsiyaya Qarşı Mubarizə Baş İdarəsinə muraciətlər edilir.
 
 Şirvan Apilyasiya  Məhkəməsinin 08 sentyabr 2020 ci il tarixli, 2(106)1154/2020 saylı  qətnaməsilə və Ali Məhkəmənin 11 mart 2021 ci il tarixli 2(102)1179/21 saylı qərarı ilə Şirvan şəhər Üzrə İcra və Probasiya Şöbəsi tərəfindən 26 may 2021 ci il tarixli 127334/2021-10-2004 nömrəli qərarı ilə işğalçı və borclu Əliyev Məmmədağa tərəfindən konullü icra edilmədiyi barədə kütləvi informasiya vasitələrində Ölkə Prezdentinə muraciət dərc edildikdən sonra, nəhayət 23 iyun 2022 ci il tarixdə Şirvan şəhər,1may küçəsi (Nizami küçəsinə bitişik), ev №1 ünvanda maşınkeçmə darvazasının Nizami küçəsi tərəfdə əvəlki yeri şökülmüşdür. Amma hələ də maşınkeçmə yolu açılmamış, əvəlki yerinə qaytarılmamışdır. Baş Prokrorluğdan on dəfədən artıq 22 oktuyabr 2022-ci il tarixli, 22-0090-01-01-083909 nömrəli məktubla, və Məhkəmə Hüquq Şurasından və OMBUDSMAN Aparatından Ədliyyə Nazirliyyinə bu işlə əlaqədar dəfəlarlə müraciətlər göndərilmişdir.
 
 YUNESKO-nun himayəndəsinə taqdim edilmiş bu EV MUZEYİ VƏ  ACIQ HAVADA MUZEYİ VƏ TARİXİ ABİDƏLƏRİn əraziləri Daşınmaz Əmlak İdarəsi tərəfindən özünün dədə malı kimi rüşvətlə işğalcılara verməsi səbəbindən hətta sifarişlə komunal xətlər də dibindən kəsdirilmişdir.
     
Telman Atamaliyevin vəziyyəti həddən artıq ağırdır. İmkansız və köməksiz vəziyyətdə yaşayır. Artıq mübarizə aparmağa fiziki maddi qüvvəsi tükənmişdir. İqlim böhranı, sosial durum, dünyada gedən proseslərin ölkəmizə təsiri, daxili imkanların tükənməsi və yaxınlarının; böyük qardaşı Yaqub Məmmədov və böyük bacısı HACI Güllü Atamoğlan qızı Məmmədova tərəfindən 7 bacı-qardaşların 5-inə çatası əmlak, maddi və mənəvi köməkləri, hətta vaxtın da əmanət adı altında mənimsənilməsi, onların fiziki əməklərinin istismar edilməsi, onların kömək borcumdan imtina edilməsi və yerinə yetirilməməsi səbəbilə Telman Atamaliyev ağır vəziyyətdədir. Ölkə Prezidenti İlham Əliyev cənablarından və Birinci Vitse Prezidenti, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadan artıq dərəcədə xahiş edilir ki, aidiyyati Təşkilatlar tərəfindən Ev Muzeyi və Açıq Havada Muzeyi və Tarixi Abidələrin işğaldan azadlığı, kommunal ehtiyaclarl və mühafizəsi təmin edilsin!
                           
         Elşad. шаблоны для dle 11.2