Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ali Məhkəmə sabiq gömrük baş inspektorunun cəzasını azaldıb

Baxılıb: 458     Tarix: 07-12-2022 12:08   

Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda təqsirli bilinən sabiq əməkdaşları - Elmar Mirzəyev, Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev, Ceyhun Şabanov və Sadiq İsgəndərov barəsindəki qərardan verilmiş kassasiya şikayətlərinə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Qərara əsasən, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin sabiq baş inspektoru Elmar Mirzəyevin cəzası 1 il azaldılaraq 4 il 3 aya endirilib.
Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar digər məhkumlara münasibətdə dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, məhkum edilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Elmar Mirzəyevə 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini qismən təmin edib. Şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov və Sadiq İsgəndərov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.
Orxan Zöhrabov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib.
Həbsdə olan Elmar Mirzəyevin cəzası 5 il 3 aya qaldırılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər