Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda qəza törədən avtobus sürücüsünə ağır cəza verildi

Baxılıb: 713     Tarix: 08-12-2022 11:49   

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası törətmiş avtobus sürücüsü həbs edilib.
Qanunvehedef.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu il 7 avqust tarixində Sahil qəsəbəsi yaxınlığında idarə etdiyi 164 saylı marşrut xətti üzrə avtobusla ağır qəza törədən Mübariz Vəliyevə 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. O, məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.
Bildirilib ki, hadisəni törədən avtobus “BMH” MMC-yə məxsus olub. M.Vəliyev idarə etdiyi avtobusla səhər saatlarında paytaxtdan Sahil qəsəbəsinə doğru hərəkət edərkən yol kənarında dayanmış “Hyundai Elantra” markalı avtomobili vurub. Nəticədə minik avtomobilinin sürücüsü E.Mürşüdov və həyat yoldaşı Sevinc Mürşüdova aldıqları xəsarətlərdən vəfat edib.
Məhkəmədə təqsirləndirilən şəxs “Hyundai” markalı avtomobilin onun sürdüyü avtobusun qarşısında qəfil dayandığını bildirib: “Qəzadan sonra sürücünün xəsarət alaraq sükan arxasında qaldığını görüb dərhal təcili tibbi yardıma və polisə məlumat verdim. Hadisə yerinə gələn həkimlər salonda olan qadının öldüyünü bildirib sürücünü xəstəxanaya apardılar. Avtoqəza zamanı mən və avtobusdakı sərnişinlər xəsarət almamışıq. Hadisədən dərin məyusluq keçirirəm. Çalışsam da, zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışıq əldə edə bilməmişəm”.
O da məlum olub ki, hadisədən əvvəl “Hyundai Elantra” markalı avtomobilin ön oturacağında əyləşən sürücü E.Mürşüdovun atası özünü narahat hiss edib. E.Mürşüdov maşını yolun sağına çəkərək saxlayıb və atasına dərman vermək istəyərkən avtobus arxadan onların olduğu maşına çırpılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar