Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Səudiyyə Ərəbistanın naziri Zəngilana səfər çərçivəsində salınan ilk “Ağıllı kənd”lə tanış olub

Baxılıb: 332     Tarix: 26-12-2022 11:31   

Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan hökumətilə Səudiyyə Ərəbsitanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Faleh və Azərbaycan maliyyə naziri Samir Şərifov Zəngilana səfər çərçivəsində işğaldan azad edilən ərazilərdə bərpa olunan ilk yaşayış məskəni, Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsilə tanış olublar. Regionun ilk “Ağıllı kənd”i haqqında qonaqlara məlumat verən maliyyə naziri Samir Şərifov və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev onları salınan kəndlə yaxından tanış ediblər. Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya Nazirinə kənddə qurulan Arximed qurğusunu isə “AS Group İnvestment” şirkətinin baş direktoru Tural Seyidov təqdim edərək qurğu barədə ətraflı məlumat verib. Şirkət rəhbəri, həmçinin cənab Əl-Falehə “AS Group” şirkətinin həyata keçirdiyi layihələr haqqında danışaraq nazirlə krallıqla potensial əməkdaşlıq barədə müzakirələr ediblər. Nazir Əl-Faleh kənd meydanında yaradılan Zəfər abidə-kompleksi ilə də tanış olaraq Ağalı kəndinin sakinlərini öz vətənlərinə qayıtmaları münasibətilə təbrik edib.
Qeyd edək ki, “ AS Group Investment” şirkəti Zəngilan rayonun Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsinin konsepsiyasından başlayaraq düzgün şəhərsalma, tikinti, kənd üçün ağıllı həllər, alternativ enerji mənbələrindən istifadə, Arximed qurğusunun qurulması kimi işlərin tam icrasını yerinə yetirib. Hazırda “AS Group” şirkəti Səudiyyə Ərəbistanı Krallığının tədarükçülərə və alıcılara vahid platformada əlaqə saxlamağa və biznes qurmağa imkan verən SAP Ariba vahid platformasına lazımi sənədləri təqdim edərək uğurlu şəkildə qeydiyyatdan keçib. Eyniz zamanda şirkət Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya Nazirliyinin MİSA E-Service Platformasında da qeydiyyatını uğurla tamamlayıb. Bütün bu addımlar şirkətin Səudiyyə Ərəbistanı Krallığı ilə birgə əməkdaşlıq layihələrinə yönələn siyasətinin  bir hissəsi sayıla bilər.


Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar