Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Elşad Miri: "Zəlzələdə binaların dağılmasına "alın yazısı" demək Allaha atılan BÖHTANDIR"

Baxılıb: 570     Tarix: 22-02-2023 11:22   

"Başımıza gələn fəlakətləri, zəlzələləri Allahla əlaqələndirmək absurddur. Zəlzələdə binaların dağılmasına "alın yazısı" demək Allaha atılan bir böhtandır. Halbuki yaxşı iş olanda Allahla yox, özümüzlə əlaqələndiririk, öz nailiyyətimiz kimi qələmə veririk".
Bu fikirləri News24.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.
O, daha sonra sözlərinə belə davam edib:
"Bir insan seysmik ərazidə ev tikirsə, zəlzələ təlimatına uyğun olaraq reallaşdırmalıdır. Bəzi insanlar orada öz məqsədləri üçün yanlış addımlar atırlarsa, sonradan binada riskli dəyişikliklər edirlərsə, sütunlara zərər verirlərsə, təbii ki, 9 ballıq zəlzələyə uyğun tikilən bina sabah 6 və ya 7 balda yerlə yeksan olacaq. Ona görə də yükü Allahın üzərinə atmaq doğru deyil. Allah deyir ki, "hər bir şeyi qədərlə yaratmışam". Qədər dedikdə ölçü nəzərdə tutulur. Təəssüf olsun ki, biz buna alın yazısı və ya tale deyib insanları aldadırıq. Öz səhlənkarlığımıza, yanlışlarımıza bu cür adlar qoyuruq".

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar