Vətən müharibəsi şəhidi Heybətov Ağaəmi Elçin oğlunun əziz xatirəsi ehtiramla yad edilib
Baxılıb: 1019 Tarix: 07-06-2026 10:25

Vətən müharibəsi şəhidi Heybətov Ağaəmi Elçin oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
Çıxış edənlər şəhid Ağaəmi Heybətovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan bəhs edib, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.
Qəni Hüseynov
![]()
![]()
Ən çox oxunanlar
Son xəbərlər



















