Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Baba Rzayev Qazaxıstan və Özbəkistan nümayəndə heyətləri ilə görüşdü - Foto

Baxılıb: 7216     Tarix: 02-06-2026 13:34   

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevlə “Qazaxıstan Elektrik Şəbəkəsini İdarəetmə Şirkəti” SC-nin İdarə Heyətinin sədri Nəbi Aytjanov və Özbəkistan Milli Enerji Şəbəkəsinin İdarə Heyəti sədrinin müavini Feruz Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Qanunvehedef.az xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda yeni texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası ətrafında müzakirələr aparılan görüşdə, Azərbaycanda yeni işə salınan 250 gücündə / 500 MVt saat tutumu olan Batareya Enerji Saxlanc Mərkəzləri ilə bağlı təcrübə mübadiləsi edilib.

Görüşdə əməkdaşlığın gələcək inkişafının intensivləşdirilməsi və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar