Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Evin içində narkotik istixanası düzəltdilər

Baxılıb: 7214     Tarix: 07-06-2026 12:21   

Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda bir binadan gələn şübhəli və güclü qoxu polis əməliyyatına səbəb olub. Aparılan yoxlamalar nəticəsində tam izolyasiya edilmiş otaqda qurulan narkotik istixanası aşkarlanıb.

Qanunveedef.az TRT-yə istinadən xəbər verir ki, mənzilə daxil olan polis təxminən 60 kvadratmetrlik bir otağın xüsusi şəkildə izolyasiya edildiyini və narkotik istehsalı üçün istixanaya çevrildiyini müəyyən edib.

Aparılan axtarış zamanı ümumilikdə 81 ədəd kannabis bitkisi və 42 kiloqram 300 qram marixuana aşkar edilərək götürülüb. Müsadirə edilən maddələrin bazar dəyərinin təxminən 30 milyon türk lirəsi olduğu bildirilir.

Otaqda həmçinin 25 ədəd iqlim nəzarət lampası, 4 ventilyasiya cihazı, 15 ventilyator, qurutma avadanlıqları, bitki qidaları və narkotik istehsalında istifadə edilən müxtəlif texniki vasitələr də tapılıb.

Bütün maddi sübutlar Narkotik Cinayətkarlıqla Mübarizə Şöbəsinə təhvil verilib, faktla bağlı araşdırma davam edir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar