Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan və Türkiyə şəhid ailələri arasında qardaşlıq görüşü keçirilib

Baxılıb: 10123     Tarix: 04-06-2026 13:12   

 

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal rayonundan olan şəhid ailələri ilə Türkiyənin şəhid ailələri arasında qardaşlıq və həmrəylik görüşü təşkil edilib.

"Qardaşlıq körpüsü" layihəsi çərçivəsində Yasamal rayonunda baş tutan tədbirdə hər iki ölkənin şəhid ailələri, dövlət nümayəndələri iştirak ediblər.

Tədbir Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Türkiyə Respublikasının İstiqlal Marşı və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Milli Məclisin deputatları Göydəniz Qəhrəmanov, Nigar Məmmədova, Ceyhun Məmmədov çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərinin tarixi dərinliyindən, ölkələr arasında bütün sahələrdə mövcud olan sıx əməkdaşlıqdan və 44 günlük Vətən Müharibəsində qazanılan şanlı Zəfərdən danışdılar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən sonra ərazi bütövlüyünün bərpa olunduğunu, Qarabağa həyatın qayıtdığını və azad edilən ərazilərdə genişmiqyaslı bərpa-işlərinin davam etdiyini vurğuladılar.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında təşkilatın həyata keçirdiyi layihələrin əsas məqsədinin şəhid ailələri arasında həmrəylik və qarşılıqlı dəstək ənənəsini gücləndirmək və iki ölkə arasında qardaşlıq bağının möhkəmlənməsini diqqətə çatdırıb.

Çıxış edən şəhid anaları Azərbaycan və Türkiyənin bir millət, iki dövlət prinsipi üzərində möhkəm birliyini, həmçinin şəhid ailələrinin bu qardaşlığın ən ali rəmzi olduğunu qeyd ediblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Görüşün sonunda Türkiyədən gələn şəhid ailələrinə Yasamal Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim edilib.


Rəsmiyyə Davudqızı 


 










{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar