Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Vətən müharibəsi şəhidi Məmmədov Nahid Vahid oğlunun əziz xatirəsi ehtiramla yad edilib

Baxılıb: 101559     Tarix: 12-06-2026 14:34   

Vətən müharibəsi şəhidi Məmmədov Nahid Vahid oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilmişdir.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, qazilər, həmçinin şəhidin təhsil aldığı məktəbin kollektivi iştirak etmişdir.

Çıxış edənlər şəhid Nahid Məmmədovun şərəfli həyat yolundan və Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs etmiş, onun əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulamışlar. Şəhidin müəllimləri isə onun məktəb illərində nizam-intizamlı, nümunəvi və vətənpərvər bir şagird olduğunu qeyd etmiş, xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.


Qəni Hüseynov









Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar