Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəzər rayonunda 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə “Sağlam gələcəyin memarları” adlı tədbir keçirilib

Baxılıb: 1026     Tarix: 16-06-2026 17:38   

17 iyun – Tibb işçilərinin peşə bayramı günü münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Sağlam gələcəyin memarları” adlı tədbir keçirilib.

YAP Xəzər rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, millət vəkili Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək büstünün önünə gül dəstələri qoyublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca səhiyyə sahəsində görülən işlərə və tibb işçilərinin cəmiyyət həyatındakı roluna həsr olunmuş “Heydər Əliyev və Tibb” adlı sənədli film nümayiş etdirilib.

Çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onların insanların sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və əhalinin rifahının təmin olunması istiqamətindəki xidmətlərini yüksək qiymətləndirib. O, səhiyyə işçilərinin fədakar əməyinin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını, dövlət tərəfindən bu sahənin inkişafına xüsusi diqqət göstərildiyini vurğulayıb və tibb işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Digər natiqlər – Rauf Əliyev, Soltan Məmmədov və Namiq Əhmədov da çıxışlarında tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onların məsuliyyətli və şərəfli fəaliyyətindən, cəmiyyət üçün əhəmiyyətindən danışıblar. Səhiyyə işçiləri adından çıxış edən Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev və Sanator-Kurort Reabilitasiya Mərkəzinin direktoru Mürsəl Mürsəlov göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, bundan sonra da üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.

Tədbirin sonunda səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi Xəzər Rayon İcra Hakimiyyəti başçısının və YAP Xəzər rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunub.


Qanunvehedef.az saitinin şöbə müdiri

Qəni Hüseynov






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar