Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov növbəti səyyar qəbul kecirib

Baxılıb: 1027     Tarix: 19-06-2026 13:31   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması və onların operativ həlli ilə bağlı tapşırıqlarına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayonun 20 nömrəli məktəb-liseyinin akt zalında baş tutub. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, bələdiyyə və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, eləcə də aidiyyəti xidmət sahələrinin təmsilçiləri iştirak ediblər.

Sakinləri salamlayan rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov onları narahat edən məsələlər, təklif və təşəbbüslərlə bağlı fikirlərini bölüşməyə dəvət edib. Çıxış edən vətəndaşlar ilk növbədə ölkə başçısının əhali ilə birbaşa ünsiyyətin təmin olunması və müraciətlərin operativ araşdırılması istiqamətində həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək minnətdarlıqlarını ifadə ediblər.

Görüş zamanı sakinlər tərəfindən qurumuş ağacların budanması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyətlərdə avtomobil dayanacaqlarının nizamlanması, intensiv yağıntıların yaratdığı fəsadların aradan qaldırılması, tikinti işləri ilə bağlı yaranan narahatlıqlar, yaşayış binalarının giriş bloklarının təmiri, sosial yardım və digər sosial-məişət xarakterli məsələlər qaldırılıb.

Qəbul zamanı hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Elşad Həsənov vətəndaş məmnunluğunun təmin edilməsinin dövlət qurumlarının fəaliyyətində əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Səyyar qəbul zamanı bəzi məsələlər yerində həllini tapıb, əlavə araşdırma və vaxt tələb edən müraciətlər isə nəzarətə götürülərək icraata yönləndirilib. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlərin görüləcəyi bildirilib.


Rəsmiyyə Davudqızı






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar