Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Həftəsonu yola çıxanların diqqətinə!

Baxılıb: 932     Tarix: 20-06-2026 10:41   

Həftəsonu ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxt və bölgələr arasında, eləcə də turizm və istirahət məkanlarına aparan istiqamətlərdə nəqliyyat axınının artacağı gözlənilir.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Qurum hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırdığından, bütün hərəkət iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırır.

Sürücülərdən xahiş olunur ki:

- Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;

- Səhhətində problem olduğu halda, eləcə də yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər;

- Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər;

- Yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etsinlər;

- Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlasınlar.

Piyadalardan isə xahiş olunur ki, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, yolu keçərkən mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməsinlər. Xüsusilə sutkanın qaranlıq vaxtında daha diqqətli olsun, təhlükəsizliklərini təmin etmək üçün görünən olmağa çalışsınlar.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar