Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalist və yazarlarımızı ürəkdən təbrik edirik!

Baxılıb: 112135     Tarix: 22-07-2026 12:36   

 

22 İyul Azərbaycan Milli Mətbuat Günü xalqımızın maariflənməsində, milli düşüncənin formalaşmasında və həqiqətin cəmiyyətə çatdırılmasında əvəzsiz xidmətlər göstərən Azərbaycan mətbuatının şərəfli tarixini özündə əks etdirən əlamətdar gündür.


Bu əziz gün münasibətilə qələmini həqiqətə, ədalətə və Vətənə xidmət yolunda işlədən bütün jurnalistləri, yazarları, redaktorları, fotojurnalistləri, operatorları və media nümayəndələrini səmimi qəlbdən təbrik edirik.


Jurnalistika böyük məsuliyyət, yüksək peşəkarlıq və cəsarət tələb edən müqəddəs peşələrdən biridir. Cəmiyyətin düzgün məlumatlandırılması, ictimai maraqların qorunması, milli-mənəvi dəyərlərimizin təbliği və dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda çalışan media nümayəndələrinin əməyi hər zaman yüksək qiymətə layiqdir.


Bu gün Azərbaycan mətbuatı zəngin ənənələrini yaşadaraq müasir dövrün çağırışlarına uyğun inkişaf edir, ölkəmizin uğurlarını, xalqımızın sevincini və problemlərini operativ şəkildə ictimaiyyətə çatdırır. Hər bir vicdanlı jurnalistin və qələm sahibinin fəaliyyəti cəmiyyətin inkişafına mühüm töhfə verir.


Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrinə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətlərində yeni-yeni uğurlar, obyektivlik, prinsipiallıq və daim qələmlərinin iti olmasını arzulayırıq.


22 İyul – Milli Mətbuat Gününüz mübarək! Qələminiz həmişə həqiqətin, sözünüz isə xalqın və dövlətimizin tərəqqisinin xidmətində olsun!


Qanun və hədəf qəzetinin şöbə müdiri

Qəni Hüseynov





{sape_links}{sape_article}