Xəbər lenti
22/07/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Jurnalist Aybənizdən reportaj: Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə tədbir keçirilib

Baxılıb: 621     Tarix: 23-07-2026 11:27   
 
22 İyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə mətbuat nümayəndələri ilə yanaşı, ictimai xadimlər, ziyalılar və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Azərbaycan milli mətbuatının 151 illik şərəfli inkişaf yolundan, jurnalistikanın cəmiyyətin məlumatlandırılmasında və ictimai rəyin formalaşmasındakı mühüm rolundan, söz və informasiya azadlığının əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, peşəkar, obyektiv və məsuliyyətli media ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm əhəmiyyət daşıyır.
Tədbirin fəxri qonaqları sırasında tanınmış aparıcı-jurnalist Səidə Bəkir qızı, Azərbaycan Ordusunun polkovniki Əziz Ağa, tanınmış müğənni Faytonçu Nazim və digər ictimaiyyət nümayəndələri yer alıblar.
Tədbiri işıqlandırmaq məqsədilə ARB TV-nin çəkiliş qrupu da tədbirdə iştirak edib. Televiziya əməkdaşları yubiley tədbirindən görüntülər hazırlayaraq tədbirin gedişini lentə alıblar.
Tədbir iştirakçıları milli mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək, jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq nailiyyətləri və peşəkar müvəffəqiyyətlər arzulayıblar.
Tədbirin bədii hissəsində tanınmış müğənni Faytonçu Nazim öz ifaları ilə çıxış edib. Musiqi proqramı iştirakçılara xoş ovqat bəxş edərək tədbirə bayram ab-havası qatıb.
Sonda xatirə şəkilləri çəkdirilib, qonaqlar arasında səmimi fikir mübadiləsi aparılıb və tədbir xoş təəssüratlarla başa çatıb.
Aybəniz Abdulova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar, araşdırmaçı jurnalist

 







Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar