Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəzər rayonunda növbəti səyyar qəbul: Elşən Salahov Binə qəsəbə sakinlərinin müraciətlərini dinlədi

Baxılıb: 112272     Tarix: 23-07-2026 12:34   

 

22 iyul tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Binə qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirib.


Görüş zamanı qəsəbə sakinləri onları narahat edən məsələləri, eləcə də müxtəlif sahələr üzrə təklif və müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar. İcra başçısı vətəndaşların səsləndirdiyi sualları ətraflı cavablandırıb, qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.


Səyyar qəbul zamanı sosial məsələlər, kommunal xidmətlər, abadlıq işləri və digər yerli əhəmiyyətli problemlər müzakirə olunub. Vətəndaş müraciətlərinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi üçün zəruri tədbirlərin görüləcəyi bildirilib.


Qeyd olunub ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərlə mütəmadi olaraq keçirilən səyyar görüşlər vətəndaş məmnunluğunun artırılmasına, mövcud problemlərin yerində öyrənilməsinə və onların operativ həllinə xidmət edir.


Qanun və hədəf qəzetinin şöbə müdiri

Qəni Hüsrynov


 








{sape_links}{sape_article}