Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov vətəndaşların növbəti fərdi qəbulunu keçirib

Baxılıb: 101308     Tarix: 28-07-2026 13:35   

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov rayon sakinlərinin müraciətlərinin operativ şəkildə araşdırılması, onların problem və təkliflərinin dinlənilməsi məqsədilə növbəti fərdi vətəndaş qəbulunu keçirib.

Qəbul zamanı vətəndaşlar sosial müdafiə, məşğulluq, mənzil-kommunal təsərrüfatı, abadlıq, infrastruktur, torpaq münasibətləri və digər sahələrlə bağlı müraciətlərini diqqətə çatdırıblar. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilib.

Elşən Salahov bildirib ki, vətəndaş məmnunluğunun təmin olunması, sakinlərlə birbaşa ünsiyyətin qurulması və onların problemlərinin operativ həlli dövlət idarəçiliyində əsas prioritetlərdən biridir. Bu məqsədlə rayon ərazisində mütəmadi olaraq fərdi qəbullar və səyyar görüşlər təşkil edilir, daxil olan müraciətlər nəzarətə götürülərək qanunvericiliyə uyğun şəkildə araşdırılır.

Qəbul zamanı həlli yerində mümkün olan məsələlər operativ qaydada həll edilib, əlavə araşdırma tələb edən müraciətlər isə icrası üçün aidiyyəti struktur bölmələrinə yönləndirilərək nəzarətə götürülüb.

Vətəndaşlar onları narahat edən məsələlərin dinlənilməsinə və müraciətlərinə həssas yanaşılmasına görə rayon rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Xəzər Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu və müraciətlərinə baxılması bundan sonra da mütəmadi qaydada davam etdiriləcək, sakinlərin rifahının yüksəldilməsi və mövcud problemlərin həlli istiqamətində zəruri tədbirlər görüləcək.

Qəni Hüseynov

Qanun və hədəf qəzetinin şöbə müdiri

Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov vətəndaşların növbəti fərdi qəbulunu keçirib

Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar