Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Pens açıqladı: Tramp Ərdoğana zəng etdi

Baxılıb: 668     Tarix: 15-10-2019 10:26   

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib və ondan Suriyadakı əməliyyatı dərhal dayandırmasını tələb edib.
Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Mayk Pens deyib. Onun sözlərinə görə, ABŞ Türkiyəyə Suriyaya müdaxilə üçün “yaşıl işıq” yandırmayıb.
Pens ABŞ-ın bundan sonra da Türkiyənin Suriyaya müdaxiləsinə dözümlü yanaşmayacağını bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Türkiyənin üç nazirinə və iki nazirliyinə sanksiya tətbiq edib. Vaşinqton “Sülh çeşməsi”nin dayanmayacağı halda Türkiyə poladı üçün gömrük rüsumlarını 50% qaldıracağını bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünəndən etibarən Bakıda səfərdədir. O, Azərbaycana Türk Şurasının zirvə toplantısında iştirak üçün gəlib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar