Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Kılıçdaroğlu sözünü dəyişdi: Sanki Ərdoğan...

Baxılıb: 738     Tarix: 18-10-2019 13:16   

ABŞ-ın vitse-prezidenti ilə Ərdoğanın görüşünə baxın, elə bil Ərdoğan Trampla görüşür, ikisi də yan-yana durub. Pens Amerika prezidentidir? Niyə ona belə münasibət sərgilənir?
Qanunvehedef.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşünə münasibət bildirən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılçdaroğlu deyib.
CHP başçısı ABŞ və Türkiyənin bərabərhüquqlu dövlət olduğunu bildirib:
“Masanın başında sadəcə Prezident Ərdoğan oturmalı idi, belə bir mənzərə mənə ağır gəldi. Nə edirlər-etsinlər, vaxtilə necə Kiprdə sülh əməliyyatlarında dözdüksə, indi də dözə bilərik. Sanksiya tətbiq edəcəklər deyə, mən təslim olmalıyam? Müqavimət göstərmək lazımdır. Dövlətlərarası münasibətlər sərtləşə bilər, bunu qəbul edə bilərəm. Amma xarici siyasət ölkələrin maraqları üzərində qurulur, önəmli olan da bu maraqları qoruya bilməkdir”.
Qeyd edək ki, 3 gün öncə CHP lideri Kamal Kılıçdaroğlu Türkiyənin Suriyanın şimalında apardığı “Sülh çeşməsi” əməliyyatını tənqid etmiş, bunun bir ölkənin daxili işinə qarışmaq olduğunu bildirmişdi.шаблоны для dle 11.2