Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Ərdoğan Trampa: "Kürd" dediyiniz PKK-dır!

Baxılıb: 799     Tarix: 14-11-2019 11:26   

Sizin "kürd" deyə nəzərdə tutduğunuz YPG/PKK-dır. Əslində Məzlum Kobani separatçı terror təşkilatının başçısının mənəvi balasıdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda amerikalı həmkarı Donald Trampa söyləyib.
"Mən sizə bəzi sənədləri vermək istəyirəm. Fərhad Abdi Şahin (Məzlum Kobani) Abdullah Öcalanın mənəvi övladıdır", - Ərdoğan qeyd edib.
Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana SDQ ilə Türkiyə arasında vasitəçilik məqsədilə göndərdiyi məktub diplomatik nəzakət qaydalarına uyğun olmayan üslubu ilə diqqət çəkmişdi.
Trampın Türkiyəni iqtisadi cəhətdən məhv etməklə təhdid etdiyi məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Kobani adı ilə tanınan Fərhad Abdi Şahinlə görüşməsi tövsiyə edilmiş, keşiş Branson dönəmi (Türkiyəyə sanksiya tətbiqi və dolların kursunun qardaş ölkədə qalxması) xatırladılmışdı.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar