Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Çavuşoğlu AP sədrini ikiüzlülükdə ittiham edib

Baxılıb: 706     Tarix: 21-11-2019 12:26   

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin rəhbəri David Sassolinin onunla görüşdə guya Türkiyənin Suriyadakı əməliyyatını pisləməsi barədə söylədiklərini ikiüzlülük adlandırıb.
“Report” xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün “Twitter”dəki səhifəsində yazıb.
“Avropa Parlamenti rəhbərinin üzümə qarşı dilə gətirə bilmədiyi bəzi şeyləri gerçəklik kimi paylaşması Avropa Parlamentinin qeyri-səmimi və ikiüzlülüyünün yeni bir nümunəsidir. Avropa xalqlarını təmsi edən birinin Avropa Parlamentində baş tutan görüşün məzmununu təhrif etməsindən məyusam”, – deyə Çavuşoğlu özünün “Twitter”dəki səhifəsində yazıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar