Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Xəzərdən Aralığa qədər ərazilərə nəzarət üçün... - Tantan

Baxılıb: 686     Tarix: 03-12-2019 16:06   

Türkiyə Yaxın Şərqdə aktivliyini nümayiş etdirmədikcə Liviya, Sudan, Yəmən, İran və İraqda daxili destabilizasiya davam edəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyənin Yurd Partiyasının sədri Səadəddin Tantan deyib. O, Böyük Orta Şərq Layihəsi çərçivəsinə daxil olan ölkələrdə hazırda Qərb imperializminin hökmranlığını tələb edən idarəetmənin olmasının istənildiyini bildirib:
“Bu ölkələrin iqtisadiyyatları nəzarət altındadır, orduları çökdürülüb. Bu ölkələr Qərb dövlətlərinin nəzarətindəki bütün təşkilatların təhdidləri ilə üz-üzə qalmış vəziyyətdədirlər. Türkiyə bunu illərdir yaşayır. İrana qarşı da illərdir əməliyyat aparılır. Üstəlik, ortada İranla Türkiyənin toqquşdurulması oyunu da var. Tehranla Ankara belə bir tələyə düşməzlər. Bu iki ölkənin müharibəsi onların daxildən çökdürülüb, bölgənin ələ keçirilməsi deməkdir. Şərqi Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi gələcək illərdə aktivliyin əsas istiqaməti olacaq. Bu bölgələrə yalnız siyasi, iqtisadi və mədəni güclə hakim olmaq mümkündür”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar