ABŞ Konqresindən Rusiyaya "sürpriz" - Kremlin G7-yə yolu bağlandı
Baxılıb: 412 Tarix: 04-12-2019 16:08
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanı G7-yə (əvvəllər format G8 adlanırdı) daxil etməməyə çağıran qətnaməni səs çoxluğu ilə qəbul edib. 339 konqresmen lehinə, 71-i əleyhinə səs verib. Bu barədə Palatanın veb saytında məlumat verilib.
Sənəd hələ avqustun 30-u təqdim edilib. Qətnamədə deyilir ki, Rusiya qonşularının ərazi bütövlüyünə hörmət etməyincə, beynəlxalq hüquq normalarına və demokratik cəmiyyətlərin standartlarına riayət etməyincə onun G7-nin gələcək sammitlərində iştirakına icazə verilməməlidir.
“Rusiya Ukraynanın suveren ərazisini, o cümlədən Krımı işğal etməyi və bütün dünyada demokratik dövlətlərə hücumları dayandırmayanadək G7 liderlərinin hamısını Rusiyanın geri qayıtmasına qarşı çıxmağa çağırırıq”, - sənəddə qeyd edilir.
Rusiya Krımı işğal etdikdən sonra G8 sammitlərinə dəvət olunmayıb. O vaxtdan bəri format adını G7 olaraq dəyişib. 2020-ci ildə sammit ABŞ-da keçiriləcək. Amerika prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin qonaq qismində görüşdə iştirakının mümkün olduğunu söyləmişdi.
Ən çox oxunanlar
Son xəbərlər