Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Merkel yenə titrədi - Video

Baxılıb: 517     Tarix: 06-12-2019 16:35   
Almaniya kansleri Angela Merkel Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevi öz iqamətgahında qarşılayan zaman dövlət himnlərini əyləşərək dinləyib.
Virtualaz.org xəbər verir ki, Qazaxıstan Prezidenti ilə görüşdə hərbi salamlaşma zamanı Merkel və Tokayev üçün iki stul qoyulub.
Himn səslənəndə Tokayev ayağa qalxıb, amma Merkel narahat olub və əsməyə başlayıb.
Buna görə, o, himni oturduğu vəziyyətdə dinləyib.
Xatırladaq ki, 2019-cu ilin yayında kanslerlə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin görüşündən yayılan videoda Merkelin səhhətində problemin olduğu özünü büruzə vermişdi. Belə ki, Merkelin görüş zamanı titrəməsini aydın görmək olurdu.
Eyni hadisə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə, həmçinin Kanslerin noyabrda Hindistan və Çin səfəri zamanı da müşahidə olunmuşdu.
Bu hadisə Almaniyada Merkelin sağlamlığını yenidən müzakirə obyektinə çevirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar