Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Moskvada elit doğum evinin erməni baş həkimi həbs edilib

Baxılıb: 561     Tarix: 09-12-2019 12:36   

Rusiyanın paytaxtı Moskvada yerləşən S.İ.Spasokukos adına 27 nömrəli Doğum evinin erməni əsilli keçmiş müdiri Marina Sarmosyan həbs edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, onun fəaliyyətində bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, M.Sarmosyan hər yerdə təbii doğuş ideyasının dəstəkləyərək, rəhbərlik etdiyi klinikada qeysəriyyə əməliyyatının aparılmadığını deyib, bununla öyünsə də, ancaq bir müddət sonra onun fırıldağının üstü açılıb. Məlum olub, M.Sarmosyan hətta lazım olmayanlara belə qeysəriyyə əməliyyatı edirmiş. Kilinikada aparılan son belə əməliyyatlar nəticəsində 1 körpə ölüb, 3-ü isə zədələr alıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin laqeydlik və xidmətin təhlükəsizlik tələblərinə cavab verməməsi maddələri ilə cinayət işi başlanıb, keçmiş baş həkim barəsində həbs-qətimkan tədbiri seçilib.
Moskva şəhər Səhiyyə İdarəsindən bildirilib ki, M.Sarmosyanın başçılıq etdiyi doğum evinin rəhbərliyi tamamilə dəyişdiriləcək.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar