Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Daha bir yeni ölkə yaranır: referendum keçirildi

Baxılıb: 424     Tarix: 11-12-2019 13:05   

Bugenvil adasında keçirilən referendum zamanı sakinlər adanın Papua-Yeni Qvineyanın tərkibindən çıxaraq müstəqil olmasına səs veriblər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə yerli televiziya kanalı EMTV məlumat verib.
Səsvermənin yekunlarına əsasən 181 min seçicidən təqribən 177 min nəfər müstəqilliyə, 3 min nəfər isə adaya geniş muxtariyyətin verilməsinə səs verib.
Qeyd edək ki, iyunun 15-də keçirilməli olan referendum əvvəlcə 17 oktyabr, daha sonra isə 23 noyabr tarixinə ertələnib.
Bugenvil adası Sakit okeanda Solomon adaları qrupunun ən iri adasıdır. Muxtar region olaraq Papua-Yeni Qvineya ölkəsinin tərkibinə daxildir. Adaya bu status 1975 və 1990-cı illərdə müstəqilliyin elan edilməsi üçün iki uğursuz cəhddən sonra 1997-ci ildə verilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar