"Bu qətnamələrin müxtəlif ölkələr tərəfindən tanınması Türkiyəyə zərrə qədər təsir etmir"-Rəy
Baxılıb: 582 Tarix: 13-12-2019 11:00
Xəbər verdiyimiz kimi ABŞ Senatı üç dəfə ləğv edilən qondarma "erməni soyqırımı" layihəsini qəbul edib. Senatda layihə səsçoxluğu ilə qəbul edilib. Layihə bundan sonra Trampa göndəriləcək.
Bununla bağlı danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, ABŞ-ın Nümayəndələr Palatası və ardınca Senat erməni sevgisinə görə qondarma "soyqırım" qətnaməsini qəbul etdi: "ABŞ-la Türkiyə arasında münasibətlər gərginləşib. Onlar öz şərtlərini Türkiyəyə diktə etsələr də qəbul etdirə bilmirlər. Ona görə erməni yolu ilə Türkiyəni cəzalandırmaq düşünürlər. Əslində Senatda respublikaçılar üstünlük təşkil edir. Məntiqlə gərək onlar bu qətnaməyə səs verməyərdilər. Amma görünür onlar da bu yolla Türkiyəni cəzalandırmaq istəyirlər. Türkiyə müstəqil qərarlar qəbul edir. Bu da Vaşiqtonun xoşuna gəlmir. Donald Trampın bu qətnaməyə qol çəkib-çəkməyəcəyini yaxın aylarda biləcəyik. Ola bilər ki, Donald Trampa da daxildən təzyiq ola bilər. Nə vaxtsa hansısa ABŞ prezidenti qondarma erməni "soyqırımı" ilə bağlı qətnməyə qol çəkməyib. Rəcəb Tayyib Ərdoğan hər zaman bildirir ki, ABŞ özü çalır, özü oynayır. Bu qətnamələrin müxtəlif ölkələr tərəfindən tanınması Türkiyəyə zərrə qədər təsir etmir".
Ən çox oxunanlar
Son xəbərlər