Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ABŞ 2 Çin diplomatını ölkədən qovub - Hərbi bazaya girmək istəyiblər

Baxılıb: 604     Tarix: 16-12-2019 10:52   

ABŞ son 30 ildə ilk dəfə Çinin 2 diplomatını ərazisindən çıxarıb.
Bu barədə "Report" "The New York Times"a istinadən bildirir.
Qeyd edilir ki, Çin Xalq Respublikasının diplomatları Virciniya ştatda hərbi bazaya qanunsuz girməyə cəhd edib. Diplomatların Birləşmiş Ştatlardan çıxarılması da bununla əsaslandırılır.
Nəşrin məlumatına görə, sürgün edilmiş diplomatlardan biri Çinin xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinir.
Hər iki diplomat hərbi bazanın ərazisinə öz arvadı ilə birlikdə girməyə çalışıb. Obyektə giriş zamanı məlum olub ki, səfirlik işçilərinə içəri girməyə icazə verilmir, ancaq çinlilər buna baxmayaraq bazaya daxil olmağa çalışıblar. Onlar saxlanılıb və bazadan çıxarılıb.
ABŞ hakimiyyəti diplomatları təhlükəsizlik xidmətinin işini müəyyən etmək cəhdində ittiham edib.
Qanunu pozan dilomatlar isə iddia edirlər ki, ingilis dilini pis bildiklərinə görə anlaşılmazlıq yaranıb.
Qeyd edilir ki, bu, uzun illər ərzində Çin Xalq Respublikası diplomatlarının ölkəyə ilk göndərişidir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar