Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rusiyanın “Şimal axını-2” və “Türk axını” layihələrinə sanksiya – Yalnız Trampın imzası qalıb

Baxılıb: 489     Tarix: 18-12-2019 12:51   

İndi qanun layihəsinin qüvvəyə minməsi üçün yalnız Donald Trampın imzası lazımdır. Berlin daha əvvəl sanksiya layihəsinin artıq bu həftə qüvvəyə minə biləcəyini söyləyib. Bu barədə “Bild” tabloidi yazıb.
Amerika Senatı 2020-ci il üçün Pentaqonun büdcə layihəsini qəbul edib. Bu barədə “Reuters” agentliyi xəbər verir. Konqresmenlər qanun layihəsinin mətninə “Şimal axını – 2” boru kəmərinə qarşı sanksiyalar haqqında düzəliş əlavə ediblər. ABŞ-ın müdafiə büdcəsinin həcmi 738 milyard dollar təşkil edir.
Qanun layihəsinə əsasən “Şimal axını – 2” boru kəmərinin tikintisinə gəmi təqdim edən xarici şirkətlərə qarşı məhdudlayıcı tədbirlər tətbiq olunacaq.
“Türk axını” layihəsi üçün də sanksiyalar nəzərdə tutulub. “Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə büdcə Rusiya ilə əlaqəli “Şimal axını – 2” və “Türk axını” boru kəmərlərinə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutur”, - sənəddə deyilir.
ABŞ hesab edir ki, “Şimal axını – 2” Avropanı Rusiyanın enerji resurslarından asılı vəziyyətə salacaq. Qanun layihəsi dekabrın 11-i Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. İndi sənəd imzalanması üçün Donald Trampa göndəriləcək.
“RBC” agentliyi məsələ ilə bağlı “Qazprom” şirkətinə sorğu göndərib.
“Bild” qəzeti Almaniya İqtisadiyat Nazirliyinin məxfi sənədinə istinadən (ölkə sanksiyalara qarşı çıxır və bunu Avropanın işlərinə müdaxilə hesab edir) Trampın sənədi ən gec dekabrın 20-i imzalayacağını gözləyir. Nazirlik tədbirlərin Danimarkanın iqtisadi zonasında boruların çəkilişinə mane olacağını ehtimal edir. (Xarici pressa)шаблоны для dle 11.2