Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Qonşusu olan 6 ölkəni Rusiyadan “qoparmaq” planı

Baxılıb: 658     Tarix: 18-12-2019 13:38   

Şərq Tərəfdaşlığı Rusiyanı yaxın qonşu ölkələrdən qoparmağa yönəlib.
Qanunvehedef.az xəbər verir ki, bu sözlər Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Rossiyskaya qazeta”da yayımlanan məqaləsində yer alıb. O, AB-nin Şərq Tərəfdaşlığı proqramını eqoist siyasət adlandırıb və bu siyasətin nəticələrinin indi də müşahidə edildiyini bildirib.
Lavrov AB-nin Avropa qitəsini süni şəkildə parçalamağa cəhd etdiyini yazıb:
“AB praktikada bizim ölkə ilə münasibətlərdə bərabərhüquqlu əməkdaşlığa hazır olmadığını göstərdi. Brüsselin leksikonunda “Avropa” termini AB-nin sinonimi olub. Belə görüntü yaradılır ki, sanki əsl Avropa AB üzvləridir, yerdə qalan qitə ölkələri isə avropalı adını qazanmaq üçün hələ çalışmalıdırlar. AB bununla yenidən süni şəkildə qitəni parçalamağa, coğrafiya və tarixi təhrif etməyə çalışır”.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı layihəsinə Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus daxildir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}