Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gürcüstanı qarışdıran olayın “müəllifi” erməni çıxdı

Baxılıb: 610     Tarix: 18-12-2019 14:09   

Gürcüstanda intihar edən 15 yaşlı Luki Siradzenin cinayət işiylə əlaqədar Didube Çuquret polisinin müstəntiqi, erməni əsilli Marina Çoloyan saxlanılıb.
Qanunvehedef.az xəbər verir ki, istintaq bitənə qədər Çoloyanın səlahiyyətlərinin əlindən alındığı bildirilib. Onun yeniyetməni ölüm həddinə çatdırmaqda ittiham olunduğu və günahı sübuta yetiriləcəyi təqdirdə 4 ilə qədər həbs cəzasına məhkum ediləcəyi vurğulanıb.
Qeyd edək ki, Siradze məktəb divarına vulqar ifadə yazdığı üçün polisə çağırılıb. Vəkilinin dediyinə görə, polisdə Siradzeyə psixoloji təzyiq edilib, günahını etiraf etməyəcəyi təqdirdə qardaşına problem yaradılacağı bildirilib. Siradze bundan sonra özünü 9-cu mərtəbədən ataraq intihar edib. Xəstəxanada 5 gün komada qalan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar